Mağazadan 800, köşfən 3 minlik siqaret oğurlandı

 Mağazadan 800, köşfən 3 minlik siqaret oğurlandı

Bakıda silsilə oğurluqlar edən şəxs saxlanılıb.

Xətai RPİ-nin 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki marketlərin birindən 800 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Bağırov müəyyən edilərək saxlanılıb.
Ətrafında aparılan tədbirlərlə onun rayon ərazisindəki digər bir köşkdən 3000 manat dəyərində tütün məmulatı oğurlaması da müəyyən edilib. Araşdırma aparılır.

12:06 - 3 Yanvar 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin