Azərbaycanda şəhid şəkli olan lövhə oğurlanıb - Saxlanılanlar var

 Azərbaycanda şəhid şəkli olan lövhə oğurlanıb - Saxlanılanlar var

Sumqayıtda şəhid şəkli olan lövhəni oğurlayan şəxslər saxlanılıb. Bu barədə Asayis.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, noyabrın 29-u gecə saatlarında Sumqayıt şəhəri 1-ci mikrorayondakı binaların birində şəhid şəkli olan lövhənin qeyri-aşkar şəraitdə sökülərək oğurlanması barədə polisə məlumat daxil olub.

Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Emin Abdullayev və Abşeron rayon sakini Rövşən Qasımov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

11:33 - 15 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin