"Şükür edirəm ki, şöhrət məni dəyişmədi" - Məleykə Əsədova

Xalq artisti Məleykə Əsədova paylaşımı ilə diqqət çəkib.

Asayis.Az xəbər verir ki, sənətçi instaqram hesabında fotolarını paylaşaraq bu sözləri qeyd edib:

“Ürəyimdəki hönkürtü səsini batırmaq üçün gülmək istəyirəm… Nə qədər gülsəm də, gözlərimdə həyat yorğunluğum bilinir. Çox şükür edirəm ki, Allahım mənə bu yükü illərdir zərif çiyinlərimdə təkbaşına daşıya bilmək üçün güc verib. Şükür edirəm ki, şöhrət mənim insanlığımı, əqidəmi dəyişmədi”.

10:24 - 15 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin