Azərbaycanda evli qadın itkin düşdü, tapana MÜKAFAT

 Azərbaycanda evli qadın itkin düşdü, tapana MÜKAFAT

Abşeronda gənc qadın itkin düşüb. Asayis.Az lent.az-a istinadən xəbər verir ki, Xırdalan şəhər sakini 25 yaşlı Rzayeva Rüqayıb Əli qızı dekabrın 9-u axşam saatlarında təzə bazar yaxınlığında, “Bizim market”in ətrafında yoxa çıxıb. Onun boyu 165-170 sm, saçları qısadır.

İtkin düşərkən əynində yaşıl kurtka, boz şalvar və ağ krasovka, əlində göy “BMV” torba olub.
R.Rzayeva ailəli olub, 1 qız övladı var.

Onu görənlərdən 077-597-59-70 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur. Həmçinin R.Rzayevanı tapan şəxsə mükafat veriləcəyi bildirilir.

17:43 - 14 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin