Azərbaycan əhalisinin sayı AÇIQLANDI

 Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Azərbaycan əhalisinin sayı açıqlanıb. Asayis.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən Report-a verilən məlumata görə, ölkə əhalisinin sayı ilin əvvəlindən 54 452 nəfər və ya 0,5 faiz artaraq noyabrın 1-i vəziyyətinə 10 210 818 nəfərə çatıb.

Əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib, kişi və qadınların xüsusi çəkiləri isə dəyişməyərək eyni olub.

17:21 - 14 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin