Qubada silsilə oğurluqlar edən şəxs saxlanılıb

 Qubada silsilə oğurluqlar edən şəxs saxlanılıb

Quba  Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisindən baş verən oğurluq hadisələrinə qarşı silsilə əməliyyat-axtarış tədbirləri keçiriblər. 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə daxil olmuş müraciətlərlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən rayon sakin Aydın Məhərrəmov  saxlanılıb.  Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı həmin şəxsin rayon ərazisində müxtəlif obyektlərdən pul, televizor, akvarium hava filteri, 2 ədəd qadın qol saatları oğurladığı müəyyən edilib 
Faktla bağlı Quba RPŞ-də araşdırma aparılır.

12:41 - 24 Yanvar 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin