Dəniz kənarı ilə gedən avtobusun hərəkət sxemi dəyişdirildi

 Dəniz kənarı ilə gedən avtobusun hərəkət sxemi dəyişdirildi

537 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib.

Bu barədə Asayis.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, Novxanı-Pirşağı yolunda (Sahil küçəsi) aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Məhdudiyyət səbəbindən 537 nömrəli müntəzəm marşrutun hərəkəti 52-ci Bağlar, 13-cü Bağlar və 18-ci Bağlar küçələri ilə təşkil edilib.

Qeyd edək ki, daha əvvəl sözügedən marşrutun yol əvəzinə dəniz kənarı ilə hərəkət etməsi ilə bağlı görüntülər yayılmışdı.

14:20 - 16 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin