Faktiki hava şəraiti: Bakıda küləyin sürəti...

 Faktiki hava şəraiti: Bakıda küləyin sürəti...

Saat 18:00-a olan məlumata əsasən ölkə ərazisinin əksər yerlərində küləkli hava şəraiti müşahidə edilir.

Asayis.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Belə ki, şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 27, Ağstafada 23, Naftalan, Tovuz və Neftçalada 20, Mingəçevir və Goranboyda 19, Daşkəsəndə 18, Şabranda 17, Qobustan və Şamaxıda 16, Şəkidə 15 m/s-dək güclənir.

18:50 - 15 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin