Bakıda avtoxuliqanlıq edən sürücü həbs edildi

 Bakıda avtoxuliqanlıq edən sürücü həbs edildi

Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib.

Bu barədə Asayis.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib

Bildirilib ki, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən, digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan "Tofaş" markalı, 10 GU 380 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Ü.Mirzəzadə Bakı Şəhər BPİ DYP İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla Ü.Mirzəzadə inzibati qaydada həbs edilib.

11:26 - 16 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin