Növbəti "Yüksəliş" müsabiqəsi üçün bir milyon manat ayrılır

 Növbəti

2027-ci ildə növbəti "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 1 000 000 (bir milyon) manat ayrılır.

Asayis.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Maliyyə Nazirliyi maliyyələşməni təmin etməlidir.

"Yüksəliş" müsabiqəsinin təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli 1354 nömrəli Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi isə bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

13:38 - 16 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin