Bakı metrosunda ölüm hadisəsi...

 Bakı metrosunda ölüm hadisəsi...

Bakıda 68 yaşlı kişi metroda ölüb.

Axaraz Oxu.az-a istinadla xəbər verir ki, hadisə Bakı Metropoliteninin "Həzi Aslanov" stansiyasında baş verib.

Salyan rayon sakini, 1958-ci il təvəllüdlü Əhədağa Firudin oğlu Nəzərov qatarda olan zaman ürək çatışmazlığından ölüb.

Xətai Rayon Prokurorluğu tərəfindən araşdırmalar aparılır.

12:54 - 16 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin