Bu avtobus yolunu dəyişdi, dəniz kənarı ilə hərəkət etdi - Video

 Bu avtobus yolunu dəyişdi, dəniz kənarı ilə hərəkət etdi - Video

Abşeron rayonunun Novxanı qəsəbəsindən Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsinə gedən 537 nömrəli marşrut avtobusunun qeyri-adi hərəkət istiqaməti diqqət çəkib.

Asayis.az Oxu.az-a istinadla xəbər verir ki, görüntülər sosial şəbəkələrdə yayılıb.

Kadrlardan görünür ki, sərnişinləri daşıyan avtobus ənənəvi yol əvəzinə dəniz kənarı ilə hərəkət edir.

Maraqlı mənzərə ilə qarşılaşan sərnişinlər bu dəfə mənzil başına çatanadək yolboyu dəniz mənzərəsini izləmək imkanı əldə ediblər.

Qeyd edək ki, avtobusun dəniz sahili ilə hərəkət etməsinə səbəb yolda aparılan təmir işləri olub.

12:06 - 16 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin