Bərdə rayonunda 40 yaşlı kişinin meyiti yaşadığı evdə tapılıb.
Asayis.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Qarağaclı kəndində qeydə alınıb.
Belə ki, 1986-cı il təvəllüdlü İlqar Muradovun meyiti aşkar edilib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb edilib.
Faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırma başlanılıb
