Nəvəsinin andiçməsinə getdi, itkin düşdü - Foto

 Nəvəsinin andiçməsinə getdi, itkin düşdü - Foto

Astara sakini Gəncədə itkin düşüb.

Asayis.az lent.az-a istinadla xəbər verir ki, Astara rayonu Kakalos kənd sakini olan 84 yaşlı Mirzəcan Hüseynov Gəncədə yerləşən hərbi hissələrdən birinə, nəvəsinin andiçmə mərasiminə gedib.

Mərasimdən sonra isə yaşlı kişidən xəbər alan olmayıb. Onun itkin düşməsi barədə polisə məlumat verilib.

M. Hüseynov itkin düşən zaman qara papaq, gödəkcə, şalvar və qəhvəyi köynək geyinib.

Mirzəcan Hüseynovu görən və ya harada olduğu barədə məlumatı olan şəxslərdən onun oğlu ilə (+994 50) 683 37 23 nömrəsi vasitəsilə əlaqə saxlamaları xahiş olunur.

DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, 84 yaşlı şəxsin naməlum istiqamətə getməsi və itkin düşməsi ilə bağlı ailə üzvləri tərəfindən polisə müraciət daxil olub. Həmin şəxs axtarışa elan olunub. Onun tapılması istiqamətində polis tərəfindən tədbirlər görülür.

17:44 - 10 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin