Dekabrda neçə gün iş olmayacaq?

 Dekabrda neçə gün iş olmayacaq?

2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ümumilikdə 9 gün qeyri-iş günü olacaq.

Asayis.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2026-cı il üçün təsdiq etdiyi istehsalat təqvimində məlumat yayılıb.

Təqvimə əsasən, dekabr ayında 8 gün şənbə və bazar günlərinə təsadüf edir. Bundan əlavə, dekabrın 31-i – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü də iş günü hesab edilmir.

Beləliklə, dekabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün 22 iş günü, 9 qeyri-iş günü olacaq.

Altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə dekabr ayında 5 qeyri-iş günü nəzərdə tutulub.

14:28 - 10 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin