Dünyaca məşhur Niaqara şəlaləsi Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb.
Asayis.az xəbər verir ki, bu barədə Azərbaycanın Kanadadakı səfirliyinin X hesabında paylaşım edilib.
Qeyd olunub ki, şəlalənin mavi-qırmızı-yaşıl tonlarda işıqlandırılması 8 Noyabr - Zəfər Günü və 9 noyabr - Dövlət Bayrağı Gününün qeyd edilməsinə həsr olunub.
