Bu gün saat 12:20-də Bakı şəhəri, Novxanı qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsində iki nəfər xəsarət alıb.
Asayis.az xəbər verir ki, bu barədə Oxu.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, hadisə Namiq Nuru oğlu Babayevin idarə etdiyi, 77 TC 498 dövlət qeydiyyat nişanlı “Kia Rio” markalı avtomobillə yolda dönmə manevri edən zaman 77 HP 162 dövlət nömrə nişanlı "Lada Qranta" markalı avtomobilin sürücüsünün ara məsafəsini düzgün seçməməsi nəticəsində baş verib.
Qəza nəticəsində "Lada Qranta" markalı avtomobilin sürücüsü Qabil Qabil oğlu Xudiyev və sərnişin Zamin Əli oğlu Hüseynli xəsarət alıb.
