Metronun iş rejimi 4 günlük dəyişdirilir

 Metronun iş rejimi 4 günlük dəyişdirilir

8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar 7-10 noyabr tarixlərində Bakı metropolitenində iş rejimi dəyişdiriləcək.

Asayis.az xəbər verir ki, bununla bağlı Bakı Metropoliteni QSC məlumat yayıb.

Bildirilib ki, qatarların hərəkəti qeyd edilən tarixlərdə istirahət günlərinin qrafikinə uyğun təşkil ediləcək.

“İçərişəhər”, “Sahil” və “28 May” stansiyalarında əlavə işçi qüvvəsi ayrılacaq, nəzarət gücləndiriləcək, həmçinin “İçərişəhər-Həzi Aslanov” və əksinə istiqamətdə pik saatlarda qatarlararası interval 2 dəqiqə 30 saniyə - 3 dəqiqə aralığında olacaq.

Ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq. Bənövşəyi xətdə hərəkət bazar günü qrafikinə uyğun təşkil ediləcək, Yaşıl xətdə isə mövcud qrafik saxlanılacaq.

14:54 - 7 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin