Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi

 Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edir.

Qurumdan Asayis.az-a verilən məlumata görə, xəbərdarlığa əsasən, noyabrın 8-də Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi noyabrın 9-na kimi davam edəcək.

Küləyin sürətinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə isə 32 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 2.5-3.5 m, sonrakı inkişafda isə 4-6 metrə çatacağı proqnozlaşdırılır.

14:00 - 7 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin