Hərbi attaşelərlə 2022-ci ilin yekununa dair toplantı keçirilib - FOTO

 Hərbi attaşelərlə 2022-ci ilin yekununa dair toplantı keçirilib - FOTO

Dekabrın 13-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində xarici dövlətlərin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri ilə 2022-ci ilin yekununa dair toplantı keçirilib

Bu barədə Asayis.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun salamlarını toplantı iştirakçılarına çatdıran Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov onlara cari il ərzində ölkəmizdə hərbi əməkdaşlıq çərçivəsində görülən işlər, eləcə də 2023-cü il üçün planlaşdırılan fəaliyyətlərlə bağlı məlumat verib.

Qonaqlar həmçinin işğaldan azad olunan ərazilərdə görülən işlər barədə məlumatlandırılıb.

Sonda hərbi attaşeləri maraqlandıran suallar cavablandırılıb.

17:55 - 13 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin