Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək

 Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək

Avtomobillərin Bakıda ödənişli hərəkət zonalarına daxil olmasına görə toplanan haqq dövlət büdcəsinə ödəniləcək.

Asayis.az xəbər verir ki, bu, "Avtomobil yolları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Bakı şəhərinin inzibati ərazisində ödənişli hərəkət zonaları və nəqliyyat vasitələrinin həmin zonalara daxil olmasına görə haqqın məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq ediləcək, həmin haqq dövlət büdcəsinə ödəniləcək.

Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılar tərəfindən məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin göstərilməsinə görə subsidiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdiriləcək.

11:50 - 5 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin