Bakıda kollecdə tələbələr arasında bıçaqlanma: saxlanılan var

 Bakıda kollecdə tələbələr arasında bıçaqlanma: saxlanılan var

Bakı Humanitar Kollecində tələbələr arasında bıçaqlanma hadisəsi baş verib.

Asayis.az Bakupost.az-a istinadla xəbər verir ki, hadisə kollecin "Gənclik korpusu"nun həyətində qeydə alınıb.

Belə ki, iki tələbə arasında yaranan mübahisə zamanı onlardan biri digərinə 6 bıçaq zərbəsi endirib.

Məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı şəxs müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

15:42 - 4 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin