Magistraturaya qəbul imtahanının 2023-cü il fevralın 19-da keçirilməsi nəzərdə tutulur. Bu barədə Asayis.Az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
İmtahanda iştirak etmək istəyənlərin elektron sənəd qəbulu yanvarın 24-dən fevralın 9-dək aparılacaq.
Bakalavrlar hazırda otk.az portalına daxil olub DİM tərəfindən hazırlanmış imtahan modelinə uyğun onlayn sınaq imtahanında iştirak edə bilərlər.