Yağışdan sonra gölməçəyə çevrilən piyada keçidi

 Yağışdan sonra gölməçəyə çevrilən piyada keçidi

Bakıda piyada keçidlərindən biri növbəti dəfə gölməçəyə çevrilib. Asayis.Az BAKU.WS-a istinadən xəbər verir ki, buna səbəb yağışdan sonra axan suların keçidə dolmasıdır. Kanalizasiya sisteminin normal işləməməsi piyada keçidinin vətəndaşlar üçün keçilməz hala düşməsi ilə nəticələnib. Oxşar hal digər vaxtlarda da yaşanıb və yağışdan sonra acınacaqlı vəziyyət müşahidə olunub.

11:49 - 13 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin