Abşeronda 1 yaşlı körpə ikinci mərtəbədən yıxılıb

 Abşeronda 1 yaşlı körpə ikinci mərtəbədən yıxılıb

Abşeron rayonunda 1 yaşlı körpə ikinci mərtəbədən yıxılaraq ağır xəsarətlər alıb.

Asayis.Az "Report"a istinadən xəbər verir ki, hadisə Ceyranbatan qəsəbəsində qeydə alınıb. 2021-ci il təvəllüdlü S.Osmanov yaşadığı binanın ikinci mərtəbəsindən yıxılıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və alın sümüyünün sınığı diaqnozu qoyulub.

11:24 - 13 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin