Bakı-Sumqayıt qatarından istifadə edənlərin NƏZƏRİNƏ! - Gələn ildən...

 Bakı-Sumqayıt qatarından istifadə edənlərin NƏZƏRİNƏ! - Gələn ildən...

 

Bakıya yeni 10 qatar gətiriləcək – “ADY” sədri

13 dekabr, Fineko/abc.az. 

 

"Azərbaycan Dəmir Yolları" QSC daha 10 yeni sərnişin qatarının alınmasına dair müqavilə bağlayıb.

Asayis.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov bildirib.

Rövşən Rüstəmov deyib ki, qatarların bir hissəsi gələn ilin sonuna qədər ölkəyə gətiriləcək.

Onun sözlərinə görə, yeni qatarların bir hissəsi Bakı-Sumqayıt xəttində, digər hissəsi isə regionlara sərnişin daşımalarında istifadə ediləcək.

 

10:49 - 13 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin