ADY-dən sevindirici xəbər: Stansiyaların sayı artırılacaq

 ADY-dən sevindirici xəbər: Stansiyaların sayı artırılacaq

Abşeron dairəvi dəmir yolu üzrə mövcud xətlərdə stansiyaların sayının artırılması nəzərdə tutulur.

Asayis.az xəbər verir ki, bunu Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, buraya "Kürdəxanı", "Saray", eyni zamanda "Fatmayı", həmçinin "Binəqədi" və "Güzdək" stansiyalarının yenidən yaradılması daxildir:

"Bu Dövlət Proqramı çərçivəsində nəzərdə tutulur ki, ümumilikdə bu gün mövcud olan 15 stansiya ilə yanaşı, Bakı ətrafı ərazilərdə də dəmir yolu xətləri bərpa edilsin. Bütün işlərin 2030-cu ilə qədər tam yekunlaşması planlaşdırılır. Abşeron dairəvi dəmir yolu marşrutu iki xətdən ibarətdir: Bakı-Pirşağı-Sumqayıt və Bakı-Xırdalan-Sumqayıt. Dövlət proqramında nəzərdə tutulan xətlər isə ayrıca xətlərdir. Biri Zabrat-Maştağa-Bağlar xəttidir. Bu xətt Bakı Dəmir Yolu Vağzalından başlayır, Bakıxanovdan keçməklə düz istiqamətdə davam edir. "Zabrat 2"dən sağ istiqamətdə artıq Maştağadan keçməklə bağlara qədər uzanır. Digər xətt Yeni Suraxanı-Hövsandır ki, bu xətt də Bakı Dəmir Yolu Vağzalından başlayır, Bakıxanovdan keçir, Yeni Suraxanıya çatdıqdan sonra sağ istiqamətdə yolu ayrılır və Hövsan MİDA yaşayış kompleksi xətti ilə Hövsan limanına qədər gəlir. Yeni Suraxanı-Hövsan xəttinin Hövsan ərazisində hasarlama işlərinə start verilib".

B.Hacıyev deyib ki, digər xətt Bakıxanov-Binə-Qaladır və bu da Bakı Dəmir Yolu Vağzalından başlayır:

"O, "Bakıxanov" stansiyasından davam etməklə düz xəttlə Binədən və Qaladan keçərək bütün bu əraziləri əhatə edir. Digəri Qaradağ-Güzdək xəttidir ki, Güzdək stansiyası Xırdalan-Sumqayıt xətti üzərində yerləşəcək".

12:20 - 30 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin