Elman Nəsirovun keçmiş həyat yoldaşı dispanserə yerləşdirildi

 Elman Nəsirovun keçmiş həyat yoldaşı dispanserə yerləşdirildi

Elman Nəsirovun keçmiş həyat yoldaşı olduğu iddia edilən Sevinc Nəsirova psixoloji dispanserə yerləşdirilib.

Asayis.az Modern.az-a istinadla xəbər verir ki, son günlər Tiktokda qeyri-adekvat hərəkətləri ilə gündəmə gələn Sevinc Nəsirovanın psixoloji dispanserə yerləşdirildiyi bildirilir.

Qeyd edək ki, bir müddət əvvəl Sevinc Nəsirovanın deputat Elman Nəsirovun keçmiş həyat yoldaşı olduğu iddia edilirdi.

Həmçinin Elman Nəsirovla bağlı açıqlamaları ilə gündəmə gələn və onun qızı olduğunu bildirən xanımın videosu da vaxtilə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu.

11:28 - 30 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin