Bu rayonlarda elektrik enerjisi yoxdu - SİYAHI

 Bu rayonlarda elektrik enerjisi yoxdu - SİYAHI

Respublika ərazisində qarlı və qeyri-sabit hava şəraiti səbəbindən Yardımlı, Qax, Şamaxı, Daşkəsən və Sabirabad rayonları ərazisində bəzi kəndlərin elektrik enerjisi verilişində fasilə yaranıb.

“Azərişıq” ASC-dən bu gün Asayis.Az-a verilən məlumata görə, ASC-nin Qəza xidmətinin əməkdaşları dərhal həmin ərazilərə cəlb edilib, abonentlərin elektrik enerjisi ilə təchiz olunmaları üçün” ASC-nin bütün imkanları səfərbər olunub.

"Kəskin hava şəraiti işin intensiv aparılmasına mane olsa da, lakin 6500-ə yaxın abonentin elektrik enerjisi verilişinin bərpası istiqamətində ciddi işlər görülür", - məlumatda deyilir.

19:27 - 12 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin