“Azərbaycan erməniəsilli vətəndaşlarımızı cəmiyyətimizə inteqrasiya etmək niyyətindədir” - Bayramov

 “Azərbaycan erməniəsilli vətəndaşlarımızı cəmiyyətimizə inteqrasiya etmək niyyətindədir” - Bayramov

“Azərbaycan post-münaqişə dövründə işğaldan azad olunmuş ərazilərdə yaşayan erməniəsilli vətəndaşlarını onların bütün Azərbaycan vətəndaşları ilə eyni hüquq və azadlıqlara sahib olmasına zəmanət verməklə yenidən cəmiyyətimizə inteqrasiya etmək niyyətindədir”.

Asayis.Az oxu.az-a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 12-də Avropa İttifaqı Şərq Tərəfdaşlığı XİN başçılarının görüşündə deyib.

O bildirib ki, bu baxımdan, Azərbaycan Respublikasının Konstitusiyası mühüm hüquqi baza təmin edir:

“Azərbaycan hökuməti ilə yerli etnik erməni sakinlər arasında dialoqun və təmasların genişləndirilməsi dinc birgə yaşayışın təmin edilməsinə istiqamətlənib, prosesin təşviq edilməsi və dəstəklənməsinə ehtiyac var”.

17:38 - 12 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin