Xəbər verdiyimiz kimi, ötən gün Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə Real TV-nin çəkiliş qrupuna hücum olub.
Asayis.az Trend-a istinadla xəbər verir ki, hadisədə iştirak etdiyi bildirilən şəxslərdən biri – H.Tağılı peşəkar boksla məşğul olur.
Onun Azərbaycan Boks Federasiyasının tədbirlərində iştirak etdiyi, həmçinin uşaq futbol klublarından birində oynadığı bildirilir.
Sözügedən insidentdən bir neçə saat sonra onun sosial şəbəkədə hadisə ilə bağlı bir paylaşıma rəy yazdığı da məlumdur.
İnsidentin görüntülərini şərh edən internet istifadəçilərinə o, İnstaqram profilindən "Heç kim bilib-bilmədən fikir bildirməsin" - deyə qeyd yazıb.
