“Baktelecom”un baş direktor vəzifəsi ona həvalə olundu - TƏYİNAT

 “Baktelecom”un baş direktor vəzifəsi ona həvalə olundu - TƏYİNAT

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Bakı Telefon Rabitəsi” MMC-nin (Baktelecom”) rəhbərliyinə yeni təyinat olub.

Asayis.Az report-a istinadən xəbər verir ki, şirkətin baş direktoru vəzifəsinin icrası Elçin Niyazova həvalə edilib.

1986-cı il təvəllüdlü E.Niyazov həm də “Azeronline” MMC-nin baş direktoru, “Yüksəliş” müsabiqəsinin iştirakçısıdır.

"Baktelecom"un keçmiş baş direktoru Nail Mərdanov ötən həftə nazirlik yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin rəhbərliyinə gətirilib.

15:38 - 12 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin