Bakıda 95 yaşlı qadın faciəvi şəkildə öldü

 Bakıda 95 yaşlı qadın faciəvi şəkildə öldü

Bakıda yaşlı qadın dəm qazının qurbanı olub.

Asayis.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

95 yaşlı Riqalova Ksenya Lazerevna yaşadığı evdə dəm qazından zəhərlənib. O, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

Lakin burada onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

15:27 - 12 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin