Oktyabrın 27-də Şəkinin bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Asayis.az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar saat 10:00-dan işlər başa çatanadək Şəki şəhərinin, iki qəsəbənin və 30 kəndin qaz təchizatı dayandırılacaq.
