8 sotun içində 8 qanunsuz ev tikilir - Komitə müdaxilə etdi

 8 sotun içində 8 qanunsuz ev tikilir - Komitə müdaxilə etdi

Masazır qəsəbəsində 8 sot ərazidə qeyri-qanuni şəkildə 8 ev tikilib. İddialara görə, 1 həftə əvvəl tikintisinə başlanılan evlər tam qanunsuzdur və tikinti qaydalarını kobud şəkildə pozur.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin İctimaiyyətlə əlaqələr sektorundan Asayis.az-a verilən açıqlamada məsələnin araşdırıldığı bildirilib.

“Yoxlama zamanı tikinti işlərinin aparılması üçün müvafiq icazə sənədlərinin olmadığı müəyyən edilib. Nəticədə aidiyyəti dövlət qurumları ilə birgə görülən tədbirlər nəticəsində tikinti işləri dayandırılıb”, - açıqlamada vurğulanıb.

21:00 - 26 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin