Bakının Xətai rayonunda restoranda baş verən insident nəticəsində qətl törətməkdə ittiham olunan şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb.
Asayis.az APA-ya istinadən xəbər verir ki, bu gün Binəqədi rayon Məhkəməsində keçirilən prosesdə qərar qəbul olunub.
Qərara əsasən, Rəhimov Emin Qoşqar oğlu və Cəfərov Elmar Şücaət oğlu barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
