Putin İlham Əliyevə buna görə zəng etdi

 Putin İlham Əliyevə buna görə zəng etdi

Rusiya Prezidenti Vladimir Putin dekabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Asayis.Az xəbər verir ki, telefon söhbəti zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr, həmçinin bu il 31 oktyabr tarixli razılaşmalarının reallaşdırılmasının bəzi praktiki aspektləri, o cümlədən Cənubi Qafqazda iqtisadi və logistik əlaqələrin bərpası planları müzakirə edilib. Dövlət başçıları gələcək təmaslar barədə də fikir mübadiləsi aparıblar.

14:00 - 12 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin