Hicaba görə Azərbaycanı tənqid edən Ərdoğanın müşaviri işdən azad edilib

 Hicaba görə Azərbaycanı tənqid edən Ərdoğanın müşaviri işdən azad edilib

Türkiyə Prezidentinin baş müşaviri Oktay Saral vəzifəsindən kənarlaşdırılıb.


Bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilir ki, qərar Saralın Azərbaycanla bağlı sərt açıqlamalarından sonra verilib.

Saral jurnalistlərdən birinə açıqlamasında “Ərdoğanın təlimatı ilə vəzifədən getdiyini” bildirib. “Əhəmiyyətli olan Türkiyə Respublikasıdır. Əhəmiyyətli olan Prezidentimizin uğurudur”, – deyə o qeyd edib.

20:40 - 25 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin