BŞİH yayılan görüntülərlə bağlı hərəkətə keçdi - Foto

 BŞİH yayılan görüntülərlə bağlı hərəkətə keçdi - Foto

Bakının Yasamal rayonu, Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyadan istifadə edilməklə özbaşına artırma işlərinin aparılması ilə bağlı məlumat sosial şəbəkələrdə yayılıb.

Bakı Şəhər İcra Hakimiyyətindən Asayis.az-a verilən məlumata görə, qanunsuz müdaxilələr aradan qaldırılıb, piyada səkisinin zəbt edilməsinin qarşısı alınıb.

Bununla da ərazidə piyadaların təhlükəsiz hərəkəti yenidən təmin olunub.

BŞİH tərəfindən gələcəkdə də ərazidə monitorinqlər aparılacaq və bu kimi qanunsuz halların qarşısının alınması üçün müvafiq tədbirlər görüləcək.

17:36 - 23 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin