Naxçıvan Muxtar Respublikası (MR) Şahbuz Rayon Təhsil Şöbəsinin müdiri Elşən Babayev vəzifəsindən azad olunub.
Asayis.az xəbər verir ki, Naxçıvan MR-in təhsil naziri Ovni Muradov bununla bağlı əmr imzalayıb.
Xatırladaq ki, Prezident İlham Əliyevin sentyabrın 24-də imzaladığı sərəncamla Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Digər bir qərarla, Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikasının təhsil naziri təyin edilib.
