Hikmət Hacıyev Emin Millini qəbul etdi

 Hikmət Hacıyev Emin Millini qəbul etdi

Almeniyada yaşayan azərbaycanlı fəal Emin Milli Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin qəbulunda olub.

Asayis.az xəbər verir ki, bu barədə Emin Milli sosial şəbəkədə paylaşım edib.

“Bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşməkdən məmnun oldum. Görüş zamanı Azərbaycan-Almaniya münasibətlərinin inkişafı, Orta Dəhlizin potensialı və beynəlxalq aləmdə baş verən son hadisələr ətrafında maraqlı fikir mübadiləsi apardıq”, - o qeyd edib.

17:40 - 20 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin