Göygöl Milli Parkı niyə hasarlanır? - Rəsmi

 Göygöl Milli Parkı niyə hasarlanır? - Rəsmi

Göygöl Milli Parkında hasarlanma işlərinin aparılması ilə bağlı sosial şəbəkədə görüntülər yayılıb.

Asayis.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova lent.az-a açıqlamasında milli parkın yaşayış məntəqələri ilə həmsərhəd olan ərazilərində çəpərləmə işlərinin həyata keçirildiyini bildirib.

"Çəpərləmə işləri xüsusi mühafizə olunan təbiət ərazilərində bioloji müxtəlifliyin və təbii ekosistemlərin qorunması, antropogen təsirlərin, eləcə də mal-qaranın ərazilərə daxil olmasının qarşısının alınması məqsədi daşıyır", - o deyib.

16:32 - 20 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin