Biləsuvarda “Mersedes” aşdı: 1 ölü, 1 yaralı

 Biləsuvarda “Mersedes” aşdı: 1 ölü, 1 yaralı

Biləsuvarda ağır yol nəqliyyat hadisəsi baş verib.

Asayis.az xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunda qeydə alınıb.

1989-cu il təvəllüdlü Elvin Məhərrəmovun idarə etdiyi “Mersedes” markalı avtomobil aşıb. Qəza nəticəsində sürücü xəsarət alıb və İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Avtomobildə olan 1996-cı il təvəllüdlü Elnur Rüstəmov isə aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

10:16 - 20 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin