Bakıda süd məhsulları şirkətində yanğın olub

 Bakıda süd məhsulları şirkətində yanğın olub

Bakı şəhərinin Binəqədi rayonunda “Uzun Ömür Süd Məhsulları" MMC-nin ərazisində ümumi sahəsi 80 m² olan tikilinin dam örtüyünün taxta atmaları, içərisində bir ədəd transformator, bir ədəd generator və əşyalar (şüşə qablar, plastik taralar və.s) yanıb, bitişik ümumi sahəsi 100 m² olan talvarın lambirdən ibarət tavanı əriyib.

Asayis.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ərazidə olan digər sexlər və anbar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

11:18 - 11 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin