Bakının bir hissəsi qaranlığa büründü

 Bakının bir hissəsi qaranlığa büründü

Bakının Xətai rayonunun bir hissəsində 2 saatdan artıqdır elektrik enerjisinin verilməsi dayandırılıb.

Bu barədə Asayis.az-a rayon sakinləri məlumat verib.

Bildirilib ki, Vung Tau küçəsindən başlayaraq, Gəncə prospekti də daxil olmaqla, bir neçə məhəllə işıqsız qalıb.

Aidiyyəti qurumun qaynar xəttindən elektrik enerjisinin verilməsinin 1,5 saata bərpa ediləcəyi bildirilsə də, hazırda sözügedən ərazidə işıq hələ də yoxdur.

23:02 - 18 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin