Xəbərdarlıq edildi: Bu çaylardan sel keçəcək

 Xəbərdarlıq edildi: Bu çaylardan sel keçəcək

Milli Hidrometeorologiya Xidməti qeyri-sabit hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib.

Xidmətdən Asayis.az-a bildirilib ki, oktyabrın 20-də Azərbaycanın, əsasən, dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

15:44 - 18 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin