"Gəlinim nəvəmi 7 yaşında atıb gedib" Əli Mirəliyevin həyat yoldaşı

Müğənni Əli Mirəliyevin həyat yoldaşı "Elgizlə izlə" verilişinə qonaq olub.

Asayis.Az BAKU.WS-ə istinadən xəbər verir ki, proqram zamanı Anaxanım Mirəliyeva gəlininin vaxtilə övladını ataraq getdiyini açıqlayıb:

"Mənim gəlinim çıxıb gedib. Nəvəmi mən saxlamışam. 7 yaşı var idi. Artıq 19 yaşı var. 17 yaşı olanda onu ölkədən çıxartdım, Ankaraya universitetə apardım. Anası onun ölkədən çıxarılmasına icazə verməli idi, verdi də. Sənədləri düzəldəndə o biri nənəsinin yanında qeydiyatda idi. Sənəd alanda bəlli oldu ki, oradan qeydiyyatdan çıxarılıb.

Məndən anası ilə görüşmək üçün icazə istədi və razılaşdım. O zamanlar isə vəziyyətim yaxşı deyildi, xəstələnmişdim. Nəvəmin anası məni küçədə gördü və söylədi ki, sən uşağımı əlimdən almısan. Buna görə də Allah sənə dərd verib. Cavab verdim ki, əgər belədirsə, o uşağa baxmaq üçün Allah mənə dərman da verəcək.

Uşaq yayda tətilə gəldi və dedi ki, babam da, nənəm də rəhmətə gedib. Ona dedim ki, get, ananla görüş".

13:00 - 10 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin