Goranboyda ağır qəza, 2 bacı ölüb, 5 nəfər yaralı var - FOTO

 Goranboyda ağır qəza, 2 bacı ölüb, 5 nəfər yaralı var - FOTO

Goranboyda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə rayonun Qızılhacıllı qəsəbəsində qeydə alınıb. Hərəkətdə olan “BMW” və “VAZ 21099” markalı iki avtomobilin toqquşması zamanı 2 nəfər ölüb, 5 nəfər ağır yaralanıb. Qəza zamanı ölənlər 1969-cu il təvəllüdlü Tanrıverdiyeva Aybəniz Əli qızı, 1964-cü il təvəllüdlü Tanrıverdiyeva Vəzifə Əli qızıdır. 

Xəsarət alanlar isə 2013-cü il təvəllüdü Əlizadə Cəmilə Rəsul qızı, 1982-ci il təvəllüdlü Əliyev Rəsul Eldar oğlu, 1990-cı il təvəllüdlü Əliyeva Sənəm Məmməd qızı, 1972-ci il təvəllüdlü Əliyeva Dilarə Eldar qızı, 1984-cü il təvəllüdü Orucov İkram İbrahim oğludur. Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətlərin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.


14:52 - 23 Yanvar 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin