Qarabağda salınacaq şəhərlərlə bağlı təkliflər açıqlanıb

 Qarabağda salınacaq şəhərlərlə bağlı təkliflər açıqlanıb

Azad olunmuş ərazilərin Baş planlarının müzakirəsi Memarlar İttifaqının iştirakı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində aparılır.

Asayis.Az xəbər verir ki, bunu report-a açıqlamasında ittifaqın sədri Elbay Qasımzadə deyib.

O bildirib ki, yeni şəhərlər müasir görkəmdə olmalı, müasir tələblərə cavab verməlidir.

"Əgər həmin ərazilərdə nəsə salamat qalsaydı, yeni şəhəri ona uyğunlaşdırmaq olardı. Amma heç nə qalmayıb, ermənilər hər şeyi yerlə-yeksan ediblər. Buna görə məhv olmuş şəhərin yerində yeni salınacaq şəhərlər elə olmalıdır ki, Azərbaycanın iqtisadi gücünü göstərsin", - Memarlar İttifaqının sədri vurğulayıb.

18:00 - 9 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin