Ermənistandan idxala qadağanın nəticəsi... - Rusiya

 Ermənistandan idxala qadağanın nəticəsi... - Rusiya

Ermənistandan kənd təsərrüfatı məhsullarının idxalına qoyulan məhdudiyyətlər Rusiya bazarına praktiki olaraq təsir göstərməyib, lakin erməni istehsalçıları üçün problemlər yaradıb.

Asayis.az xəbər verir ki, bu barədə “Rusprodsoyuz”un icraçı direktoru Dmitri Vostrikov RİA-ya açıqlamasında deyib.

“Bu məhdudiyyətlər Rusiya bazarına nə çeşid baxımından təsir edib, nə də qiymət. Əksinə, əsas zərbə Ermənistan istehsalçılarına dəyib, çünki bir sıra kateqoriyalarda onlar üçün Rusiya yeganə satış bazarıdır”, - o bildirib.

Vostrikovun sözlərinə görə, Ermənistan məhsullarının Rusiya idxalında payı kateqoriyadan asılı olaraq 1-7% təşkil edib. Buna görə də məhdudiyyətlər Rusiya istehlakçıları üçün demək olar ki, hiss olunmayıb.

Qeyd edək ki, Rusiya şərab, mineral su, balıq, süd məhsulları da daxil olmaqla, Ermənistandan bir çox kənd təsərrüfatı məhsullarının idxalına qadağa tətbiq edib. 12 iyundan isə Ermənistandan karantin nəzarətinə məruz qalan məhsulların Rusiya ərazisindən Avrasiya İqtisadi Birliyinin digər ölkələrinə tranziti də məhdudlaşdırıb.

14:24 - 11 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin